ALƏMİ-ZÜRR
ALI VERMƏK
OBASTAN VİKİ
Alı
Alı — Azərbaycanda daha çox işlədilən kişi adı. Aşıq Alı — Azərbaycanın görkəmli aşığı. Dəli Alı — Azərbaycanın xalq qəhrəmanı. Alı Mustafayev — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Milli Qəhrəmanı Alı Həsənli — Vətən müharibəsi şəhidi Alı Qocayev — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. Alı Alıyev — "Tərəqqi" medalı laureatı (2009), Füzuli rayonu İcra hakimiyyətinin başçısı.
Alı (Ərdəbil)
Alı - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Şərqi Meşkin kəndistanında, Meşkinşəhrdən 6 km şərqdə, Ərədbil avtomobil yolunun üstündədir.
Alı Alıyev
Alı Nüşrəvan oğlu Alıyev — Füzuli rayonu İcra hakimiyyətinin başçısı, "Şöhrət" ordeni (2014) və "Tərəqqi" medalı laureatı (2009). == Həyatı == Ali məktəbi bitirdikdən sonra 1977–1978-ci illərdə C. Cabbarlı sovxozunda iqtisadçı-aqronom, 1978–1981-ci illərdə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş siyasi işlər üzrə komandir müavini kimi çalışmış, hərbi rütbəsi mayordur. 1983-cü ildə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri, 1984–1985-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı,1985–1987-ci illərdə Bakı Alı Partiya məktəbinin dinləyicisi olmuşdur, 1987–1988-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı, 1988–1989-cu illərdə Füzuli rayon Partiya komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır. 1999-cu ildən son təyinatınadək Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. 25 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Alı Nuşrəvan oğlu Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. == Təltif və mükafatları == Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 iyun 2009-cu il tarixli 311 saylı sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. == Ailəsi == Ailəlidir.
Alı Həsənli
Alı Nofəl oğlu Həsənli (22 iyun 1995, Bakı — 21 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İkinci Qarabağ müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Həyatı == Alı Nofəl oğlu Həsənli 22 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 1 sentyabr 2001-ci ildə Bakı şəhəri, Nizami rayonu, Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 1-ci sinifinə qəbul olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub. 2016-cı ildə həmin ixtisası bitirib. == Hərbi xidməti == Həsənli Alı 2016-cı ilin 20 iyul tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçmişdir. 2017-ci il iyul ayının 4-də hərbi xidməti başa vurub. Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.
Alı Mustafayev
Alı Mustafa oğlu Mustafayev (14 aprel 1952, Qazaxbəyli, Qazax rayonu – 20 noyabr 1991, Dağlıq Qarabağ) — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. == Həyatı == === Erkən illəri === Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. 1969-cu ildə kənd məktəbini bitirmiş, ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1971–1976-cı illərdə Bakı elektrik maşınqayırma zavodunda tornaçı işləmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. === Jurnalist fəaliyyəti === O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.
Alı Qocayev
Qocayev Alı İbrahim oğlu (27 iyul 1947, Çaylı, Qazax rayonu) — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. == Həyatı == Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakültəsinin axşam şöbəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968–1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992–1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1997–2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000–2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004–2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005–2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Üç övladı, yeddi nəvəsi var. Azərbaycan Respublikasının Milli Məclisinin sabiq spikeri Oqtay Əsədov ilə qudadır.
Alı Əliyev
Alı Allahverən oğlu Əliyev (1922, İkinci Şıxlı – 1998, Bakı) — alim, tarix elmləri doktoru, professor, Azərb. Kp MK yanında olan Bakı Ali Partiya Məktəbində rektorun tədris və elmi hissə üzrə müavini (1956–1961), İnşaat Mühəndisləri Universitetində Tarix kafedrasının müdiri (1957-ci ildən). "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir. == Həyatı və elmi fəaliyyəti == Alı Əliyev 1922-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1939-cu ildə Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. İkinci dünya müharibəsində (1941–1945) iştirak etmişdir. "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir.1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işə qəbul olunmuşdur. 1954-cü ildə Sov. İKP MK nəzdində olan olan İctimai Elmlər Akademiyasının aspiranturasını bitirmiş, namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini almışdır.
Aşıq Alı
Aşıq Alı və ya Aşıq Qızılvəngli (1801, Qızılvəng – 1911, Qızılvəng, Yeni Bəyazid qəzası) — XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri. == Həyatı == Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun babası Haqverdinin Dərələyəz mahalının Milli dərəsindəki Gilan kəndindən qohum-əqrabası ilə birlikdə Qızılvəng kəndinə köçdüyü bildirilir. Bir neçə mənbədə, o cümlədən Fərman Kərimzadə, Şamil Əsgərov və Əli Əmirovun yazılarında onun kürd olduğu qeyd edilmişdir. Nazir Əhmədliyə görə, Aşıq Alı mənşəcə ya kürd, ya da ayrım olmuşdur. Tədqiqatçı Maşallah Xudubəyli bu fikirləri "təxribat" adlandırmış, Aşıq Alının əslən göyçəli olduğunu əlavə etmişdir.O, 16–17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur. Bir başqa rəvayətə görə aşıq Alı sazını tələbəsinə hədiyyə etmək üçün qəsdən Ələsgərə yenilmiş, Ələsgər isə sazı götürməyib "Bir şəyird ki ustadına kəm baxar, Onun gözlərinə ağ damar, damar" demişdir.
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. == Həyatı == Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.
Alı Xəlifə ocağı
Alı Xəlifə ocağı - Laçının Böyük Seyidlər kəndində yerləşən ziyarətgah. == Tarixi == Laçının ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Bu yerlərdəki müqəddəs məkanlara gəlincə isə Qarabağın ən ağır seyidlərindən sayılan Alı Xəlifə həmin kənddə dünyasını dəyişmişdi və məzarı üstündə sərdabə tikilmişdir. Ulu səcdəgahlardan biri də məhz Alı Xəlifənin ocağı idi.Sərdabəsi kənd qəbiristanlığındadır. Onun müqəddəs məzarı Qarabağ camaatının ən ulu səcdəgahlarından biridir. == Həmçinin bax == Laçın Laçın abidələrinin siyahısı Laçın rayonu Seyidlər kəndi == İstinadlar == == Xarici keçidlər == "Ziyarətgahlar diyarı - Laçın". ahlibeyt.az. İstifadə tarixi: 10 avqust 2021. "Laçın rayonunun vandalizmə məruz qalmış abidələri". www.dqdk.gov.az.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. == Sarğıların növləri, onların qoyulması qaydaları == Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir.
ва́жный дубо́чек нетерпи́мость разбросно́й анархи́чность басо́нный заци́кливать монголови́дный наклейно́й отчиха́ться токсика́нт це́льность елха тагаш lingeringly rose-tree Saros Gulf seminary vulture watchword water mouth горбиться злоупотреблять сланцеватый табаководческий